Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kor Olmuw Ewq Ve Delilik....

Bir gün Dəlilik yaxın dostlarını qəhvə içmək
üzrə evinə dəvət etmiş.Hər kəs
gəlmiş.Qəhvələr içildikdən sonra Dəlilik
dostlarına gizlənpaç oynamağı təklif etmiş.
-Gizlənpaç?O nədir? deyə soruşmuş Maraq
-Gizlənpaç bir oyundur Sizlər gizlənərkən
mən yüzə qədər sayacağım.Sayıb
gurtaranda ilk tapacağım adam məndən
sonrakı yuman olacaq.
Qorxu və Tənbəllik xaricindəkilər Dəliliyin
təklifini dərhal qəbul etmişlər
-1, 2, 3 deyə yüksək səslə saymağa
başlamış Dəlilik
Tələçilik, ilk tapdığı yerə özünü atmış
Utancaqlıq, hər zamanki vərdişiylə bir
ağacın kölgəsinə ilişmiş
Sevinc, bağçanın orta yerinə doğru
yönəlmiş,hüzn, saxlanacaq yer tapa
bilmədiyindən ağlamaya başlamış.
Qısqanclıq,uğurun arxasından gedərək
yanındakı bir qayanın ardına sığınmış
Dəlilik saymağı davam etdirmiş
Ümidsizlik, Dəliliyin doxsan doqquza
gəldiyini eşitdiyində daha da ümidsizliyə
qapılmış
-YÜZ ! deyə qışqırmış Dəlilik.Axtarışa
başlayıram
İlk tapılan Maraq olmuş.Birinci qurbanın
kim olacağını o qədər maraqlanırmış ki,
gizlənməyə laqeyd yanaşmış.
Bağça divarına baxdığında, Dəlilik
Qərarsızlığı fərq etmiş;divarın hansı
tərəfinə gizlənəcəyini düşünməklə
məşğulmuş Və dərhal ardından Sevinci,
Hüznü, Utancaqlığı tapmış Dəlilik.Hər kəs
yenidən bir araya gəldiyində Maraq
soruşmuş:
-Eşq harada? Heç Eşqi görən oldu?
Dəlilik, Eşqi axtarışa qoyulmuş Dağlara
çıxmış, çayların yataqlarına baxmış, amma
Eşqi heç bir yerdə tapa bilməmiş.
Çarəsiz axtarışını davam etdirən Dəlilik, bir
gül ağacı ilə qarşılaşmış.Əline keçirdiyi bir
kolla ağacın budaqlarını, yarpaqlarını
yoxlamış.Birdənbir qışqırıqla diksinmiş.
Ağrıyla qışqıran Eşq, tikan batan gözünü
tuturmuş
Dəlilik nə edəcəyini bilməmiş.Üzr istəmiş,
yalvarmış yalvarmış Eşqə özünü bağışlaması
üçün.O qədər kədərlənmiş ki, bir daha
həyat boyu yanından ayrılmayacağını belə
vəd etmiş.Ağrısı bir az dayanan Eşq
sonunda üzrləri qəbul etmiş
O GÜNDƏN BƏRİ EŞQİN GÖZÜ KOR OLMUŞ
VƏ DƏLİLİK HƏMİŞƏ EŞQİN YANINDA
OLMUŞ. CaViDa


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Sevgi varmı?
loading...