Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**iBReTLi_HeKaYe**

Nəhayət həyat yoldaşını razı sala
bilmişdi.Bu gün ikisi də ilk dəfə
idi ki, “ailə həkiminə” gedəcəkdi...
Gözləmə otağında oturar-
oturmaz adi bir şey üçün
mübahisəyə başladılar.Bu dəfə
də həmişəki kimi bir-birlərini
incidib susdular.Sonra da həkimlə
görüş saatlarının çatdığını görüb
içəri keçdilər. “Ailə həkimi” hər
birindən o birində gördüyü gözəl
şeylər haqqında yazmağını xahiş
etdi.Həkimin ağzından söz
qurtarmamış otağa dərin bir
səssizlik çökdü.Hər birinin əlində
bir kağız,bir qələm olsa da,heç
biri qələmini kağıza
toxundurmurdu.
Aradan xeyli vaxt keçəndən
sonra əvvəlcə kişi yazmağa
başladı.Sonra da qadın qələmini
kağıza toxundurdu.Əvvəlcə hər
ikisi çox yavaş yazırdılar.Ancaq
sonra bir-birlərinə baxıb
“sürətlərini artırdılar”.İndi isə az
qala bir-birləri ilə yarışırdılar.Və
çox keçməmiş hər ikisi kağızları
doldurdular...
Nəhayət,qadın əlindəki kağızı
“ailə həkiminə” uzatdı.Həkim isə
gözləri ilə kağızı ona yox,həyat
yoldaşına verməyi xahiş etdi.
Qadın istəksizcəsinə kağızı həyat
yoldaşına uzatdı.Həyat yoldaşı
da istəksizcəsinə kağızını ona
verdi.Və hər ikisi kağızlarını
oxumağa başladılar. “Ailə
həkimi” isə kənardan onlara
tamaşa edirdi.Çox keçmədi
ki,qadının yanaqlarından göz
yaşları süzülməyə
başladı.Üzündən
sevinc,gözündən səadət
oxunurdu.Sonra da həyat
yoldaşının onun haqqında
düşündüyü gözəl sözləri qeyri-
adi xəzinə kimi bağrına
basdı.Otağın havası sanki bir göz
qırpımında dəyişmişdi.İndi kişi
də heç əvvəlki kişi deyildi.Sanki
otağa gözəgörünməz bir günəş
doğmuşdu.
Artıq nə “ailə həkimi”,nə
qadın,nə də kişi bir söz demək
ehtiyacı hiss edirdilər.Və bir
azdan kişi də,qadın da əl-ələ
verib otaqdan çıxdılar


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 34 Bölmə: Sevgi varmı?
loading...