Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kulek Ve Cicek.

Külək bir gözəl çiçəyə rast gəlir və aşiq olur. Külək
ona incə yanaşdıqca çiçək də küləyə rəng və ətirlə
ifadə olunan daha böyük sevgiylə cavab verirdi.
Ancaq bu küləyə az göründü və o, qərar qəbul
elədi:'Əgər mən ona məhəbbətimin bütün gücünü
göstərsəm, o da mənə daha çox ətir bəxş edər.'
Beləliklə o, çiçəyə öz məhəbbətinin var qüvvəsi ilə
üfürdü. Amma çiçək güclü ehtirasa tab gətirməyib
qırıldı. Külək çox çalışdı ki, sevdiyini qaldırıb
diriltsin, lakin bacarmadı. Sakitləşib sevginin incə
mehi ilə əsdi.
Ancaq çiçək getdikcə solurdu.
Bu zaman külək bağırdı:
-Mən sənə öz məhəbbətimin bütün gücünü verdim,
sənsə sındın
Deməli sən məni sevmirdin.
Lakin çiçək cavab vermədi.
O ölmüşdü...
Sevən bilməlidir ki, sevgini güc və ehtirasla
ölçmürlər.
Sevginin əsl göstəricisi nəvaziş və düşüncədir.
Bir dəfə sındırmaqdansa, on dəfə səbr etmək
yaxşıdır.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 37 Bölmə: Sevgi varmı?
loading...