Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aglamag..

XTARIRAM Ağlamaq Allah qorxusundan ağlamaq
«Rəhman Allahın ayələri onlara oxunan zaman
ağlayaraq səcdəyə
düşürdülər.» [Məryəm, ayə 58]
«Onlar üzüqoylu düşüb ağlayırlar və itaətkarlıqları
artır.» [İsra, ayə 109] Allahın Peyğəmbəri (s):«Xoş o üzün halına ki, etdiyi və heç kəsin xəbəri
olmayan günahına görə Allah qorxusundan
ağlayan halda Allah ona
baxır.» [Biharul-Ənvar, c.93, səh.331]
.Allahın Peyğəmbəri (s):«Kimin gözündən Allah
qorxusundan bir milçək boyda yaş çıxsa, Allah «böyük qorxu» günündə
onu qorxusuz
edər.» [Biharul-Ənvar, c.93, səh.336] İmam Əli
(ə):«Gözlərin ağlaması və qəlblərin qorxması adı
uca olan
Allahın rəhminin nişanəsidir. Bu ikisini özünüzdə tapan zaman dua
etməyi qənimət bilin.» [Məkarimul-Əxlaq, c.2,
səh.96]
İmam Əli (ə):«Allah qorxusundan ağlamaq qəlbi
nuraniləşdirir və
günaha adət etməkdən qoruyur.» [Ğurərul- Hikəm]
İmam Baqir (ə):«Qiyamət günü üç gözdən – Allah
yolunda gecə yatmamış gözdən, Allah
qorxusundan ağlamış gözdən və Allahın
haram buyurduqlarına baxmamış gözdən başqa
bütün gözlər ağlayacaq.» [Biharul-Ənvar, c.7, səh.195]
İmam Sadiq (ə):«Əgər ağlamağın gəlmirsə də,
özünü ağlamağa vur. Əgər
gözündən milçəyin başı boyda yaş çıxsa, xoş
halına!» [İddətud-dai,
səh.161] İmam Sadiq (ə):«Göz yaşlarından başqa hər bir şeyin ölçü və çəkisi var.
Çünki bir damcı göz yaşı alov dəryasını söndürür.
Əgər göz öz yaşında
batsa, həmin üzə heç bir yoxsulluq və həqirlik
tozu qonmaz. Əgər göz
yaşları axsa, Allah həmin üzü oda haram edər. Əgər ağlayan bir
ümmətin arasında ağlasa, həmin ümmətin
hamısına rəhm
olunar.» [Biharul-Ənvar, c.93, səh.331] Gözün
(yaşının) quruması Allahın Peyğəmbəri
(s):«Bədbəxtliyin əlamətlərindən biri gözün (yaşının) qurumasıdır.» [Biharul-Ənvar, c.70,
səh.52]
İmam Əli (ə):«Göz yaşları yalnız qəlbin daşlığı
səbəbindən quruyur və
qəlblər yalnız günahların çoxluğundan
daşlaşır.» [Biharul-Ənvar, c.73, səh.354]


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 126 Bölmə: Sevgi varmı?
loading...