Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təzə Evlənmişdilər..

Təzə evlənmişdilər...Ancaq elə ilk vaxtlardan bu işin belə getməyəcəyini hiss etmişdilər.Əslində bir-birilərini çox sevirdilər.Hətta heç vaxt bir-birilərindən ayrılmayacaqlarına söz vermişdilər.Ancaq indi adi bir söz aralarında söz-söhbətin başlaması üçün kifayət idi...
Bir axşam oturub danışmağı qərara aldılar.Boşanmaq istəməsələr də,əvvəl-axır bu işi bir yoluna qoymalı idilər.
Bir xeyli danışdılar.Axırda evin kişisi:"Ağlıma bir fikir gəldi.Gəl bağda bir ağac əkək.Əgər bu ağac üç ay ərzində qurusa,boşanaq.Qurumasa,boşanm​aq fikrini birdəfəlik ağlımızdan çıxaraq.Bu üç ayda da bir-birimizdən ayrı qalaq",-dedi...Bu fikir xanımın da ağlına batdı...
Ertəsi gün gedib bir meyvə ağacı aldılar və bir yerdə bağda əkdilər.
Aradan bir ay keçdi.Bir gecə bağda qarşılaşdılar.Hər ikisinin əlində bir dolça su var idi...!!!


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 28 Bölmə: Sevgi varmı?
loading...