Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana Sevgisi Bele Olar

Ana sevgisi belə olar... (Mutlek Oxuyun Cox Maraglidi Ve Tesirlidi)

Yaponiyada zəlzələdən sonra xilasedicilər gənc bir qadının evinə girə bilsələr də qadının meyidini çıxara bilmirdilər.Çatların arasından meyidi görsələr də dağıntıları təmizləyib ora keçmək mümkün olmurdu. Onun qəribə duruşu vardı,sanki dizi üstə allaha yalvarırmış kimi çökmüşdü, əlində də sanki nəsə tutmuşdu. Uçmuş ev qadının ...kürəyini zədələmişdi.

Xilasedicilərin başçısı əlini yarıqdan salıb qadının bədəninə toxundu. O hələ də ümid edirdi ki qadın bəlkə sağdır. Amma buza dönmüş bədən başqa fikir yaradırdı. Komanda qadının öldyünü görüb evi tərk etdi, qonşu evdəkiləri xilas etmək lazım idi. Amma nə isə komandanın başçısını o evə tərəf çəkirdi. O uzaqlaşa bilmədi, yenidən qayıtdı, dizi üstə çöküb başını güclə yarıqdan içəri saldı, göz gəzdirdi. Birdən o həyəcandan qışqırdı: Burda uşaq var!
Bütün komanda geri qayıtdı, qadının meyidinin ətrafını təmizlədirlər. Gördüklərini ifadə etməyə heç kim söz tapmırdı. Qadın dizi üstə çöküb qabağa əyilmişdi,onun altında isə odeyala bükülmüş 3-4 aylıq oğlan uşağı vardı. Belə görünürdü ki qadın uşağını xilas etmək üçün özünü qurban vermişdi. Ev uçanda o bədəni ilə oğlunu qorumuşdu. Uşaq sakitcə yatırdı. Həkim uşağa baxmaq üçün odeyalı açanda orda telefonun olduğunu gördü.Telefonun ekranında yazılmışdı: ”Əgər sağ qalsan heç vaxt unutma, mən səni sevirəm”

Telefon əldən ələ keçdi. Oxuyan hər kəs ağlayırdı: Sağ qalsan heç vaxt unutma, mən səni sevirəm!

Anaların sevgisi belə olur..


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Sevgi varmı?
loading...