Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Gul Suya Vurulur

Bir gül suya vurulur. Fikrini suya bildirir. Deyir ki, su mən səni sevirəm.Suda cavab verir ki, məndə səni və başlayırlar görüşməyə.
Günləri maraqlı keçir. Hər sudan görüşəndə gül suya səni sevirəm deyir.Suda cavabında məndə səni deyir.
Bir müddət keçir gül fikir verir ki, suyun başı çooox qarışıqdı. Görüşə gələndə suya deyir : Su mən səni ölümünə sevirəm, sənsiz yaşıya bilmərəm ! Suda əsəbi halda cavab verir: Məndə səni. Axı nə qədər demək olar ? Gül məyus halda evə gəlir və sudan bir daha danışmamağını özünə söz verir.
Bir neçə vaxt sonra suya deyirlər ki, gül xəstəxanadadı. Su tələsik ora gedir. Çatanda görür ki, həkim gülün yanında oturub, soruşur : Həkim gülün harası ağrıyır ? niyə xəstələndi ?
Həkim cavab verir : Gülün heç bir yeri ağramırdı, o artıq həyatda yoxdu. Canını tapşırdı çünki, o susuz yaşaya bilmədi..


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Sevgi varmı?
loading...