Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SENI MENE VER MENDE QALSIN..

Sevgini təsvir etməyə başladım bu gün. Dilimdə fərqli cümlələr vardı. Hər kəsin anlaya biləcəyi kimi başlamaq istərdim.
Sevgi əmək, sevgi vəfa, sevgi özündən imtina etmək, sevgi ürəyini şərtsiz verməkdir. Sevilmək ondan daha gözəl bir şey imiş.
İstiymiş, uşaq kimi safmış, tərəfsiz, qorxusuz, mənfəətsizmiş. Yalnız rahatlıq hiss etməkmiş.
İçində böyük bir pəncərə doğulan günü izləməkmiş hər dəqiqə. Sevgi belə bir şeymiş.

Səhər oyananda günə sevinclə başlamağa bərabərdir sevgi. Duru bir çay kimi çağlamaqmış, hesab vermədən ürəyinin istədiyi istiqamətə axmaqmış.
Yaşılın sığındığı bir meşəyə baxmaqmış və sonra ucsuz-bucaqsız bir maviylə qucaqlaşmaqmış.
Sevilənə yalnız ona aid olan bir ad verməkmiş sevgi. Sorğulamaq yoxmuş sevginin içində. Gələcək günün nə gətirəcəyini düşünməməkmiş, sualsız qarşılamaqmış gələni, gedəni də sualsız həsrətlə yola salmaqmış.
İsti bir qucaqmış sevgi, heç ayrılmaq istəmədiyin.

Kiçik bir uşaq kimi girərsən qucağına sevginin. Yağışda islanmış və üşümüsən. İstidir qarşına çıxan bu ürəyi saxlayan qucaq.
Heç çıxmaq istəməzsən oradan. Çöldə fırtına qopub. Uzaq sandığın nöqtələrin yaxın olduğu bir an olar qəflətən bu isti qucaqda.
Bir tərəfdən qurumağa, istiləşməyə çalışarsınız. Bir tərəfdən sevgini tanımağa, gözlərinə baxmağa.
Qarışıqlıqdan donub qalarsınız bir müddət, gözlərində başqa bir dünya görüb qorxarsınız, qaçmağa yer tapa bilməzsiniz bəzən.
Zaman keçər, bir əlinizdə o əl, bir əlinizdə ürəyiniz. düşünmədən verərsiniz əlinə. Könüldən bağlanarsınız, sevgiyə xoş gəldiniz!

İsti bir qucaqda başlayar hər şey qəflətən, yağışlı bir gündə. Qaçaq oyunlar oynayarsınız özünüzlə bir zaman.
Tutulacağınızdan xəbəriniz yox kimi, yollar açmağa çalışarsınız özünüzə. Özünüzü tapmaq istədiyiniz ya da unutmaq istədiyiniz yer haradır, bilmədən edərsiniz bunu.
"Suallarıma cavab istəyirəm" deyə qışqırıqlar arasında isti bir qucaq tapar sizi. Qışqırıqlardan sonra özünüzü saxlayarsınız.
Gün gələr son bir damla düşər gözlərinə və siz son olaraq axıdarsınız onu həyata. Və...

Və sevgi ürəyinizə qonmuşdur quş kimi. Gözünüzün gördüyü, əlinizin toxunduğudur əslində, amma daşlaşan ürək yumşalana qədər bilə bilməzsiniz o olduğunu. Bax, oldu, sevdim mən də.
Baxınca gözlərində özünü görməkdir. "Bax, sevgilim, özünü tapa bilirsənmi orada? Məndə tək yaşayan sənsən halbuki."
Özünü tapa bilmək, özünü görə bilmək, sevilənin nəfəsində yaşaya bilmək. Mən səninəm deyə bilmək, sonra da gəlişini səssizcə gözləyə bilməkmiş sevgi.
Əslində, tək bir cümləylə izah edə bilərəm bu qədər şeyi.
Sevgi sənsən. Səni Mənə Ver, Məndə Qalsın.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi varmı?
loading...