Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bele De Olur Heyatda

Qiz:Alo
Oğlan: bəli,
Q: salam, O: salam, Q: necəsən?
O: Sağ olun,yaxşıyam,tanımadım
mən, danışan kimdir ki?
Q: Allah bəndəsi.
O: Mən xatırlamadım axı bu səsi, Həm də səsinizdə qüsur var?
Q: bəli,
Bir il qabaq batıb səsim,
O: deməli,
Bu öz səsinizdir,bagışlayın,
Q: yox, Xətrimə dəymədin,bilirəm ki
çox,
Maraqlıdır sənə,kiməm görəsən.
O: Bəli,maraqlıdır,gizli nömrədən,
Zəng eləmisiniz,kimsiniz,deyin.
Q: Məni tanımazsan... Bəzən hər şeyin,
Mənasız olduğun dərk edən
zaman,
Kimləsə dərdləşmək istəyir
insan,
Nömrəni yığmışam təsadüfən, O: hə,
Elə düz nömrəni yığmısız belkə,
Məni də tənhalıq bezdirib
tamam,
Q: Təkliklə barışa bilmir hər
adam. Sual vermək olar? O: buyurun,
Q: əgər,
Sirr deyilsə,yoxdur sevgilin
məgər?
Niyə tək qalmısan,tərk edib
səni? O: Yox,mən onu atdım,
Q: incidib səni?
O: O məni sevirdi,mən də
sevirdim,
Ta ki qəza oldu,maşın çevirdim, O
gündən ayrılıq küləyi əsdi, Bildim onu sevmək daha əbəsdi..
Q: Niyə? Birdən-birə nə oldu?
Danış,
Dərdi bölüşdükcə azalar.
O: o qış, Bir qəza keçirtdim..
Q: bilirəm.. O: necə??
Q: Yəni ağrını hiss etdim sadəcə..
O: Nə isə,deməli,o qəza vaxtı,
Mənim bədənimdən xeyli qan
axdı.
Çox qan itirmişdim,halım pis idi, Həkimlər qanımdan tapılmır dedi.
Bu zaman həmin qız çatdı
dadıma,
Dəqiq gəlməsə də mənim
yadıma,
Deyəsən,qanımız uyğun gəlirdi, O qız da yəqin ki,bunu bilirdi.
O mənə qan verdi,sağ
olsun,sonra,
Mən təmiz sağaldım,görmədim
amma,
Uzun müddət həmin qızı nədənsə...
Bir gün gördüm... Gəl o
mənzərədənsə,
Kaş heç görməyəydim ömürlük
onu..
Onu gördüyüm an,hər şeyin sonu,
Gözlərim önündə canlandı bir an,
Q: Yəqin özgəsiylə görmüsən?
O: dayan, Yox,elə deyildi,belədir
ardı-
Əlil arabası altında vardı... Dəhşətdir,gördüm ki,yox bir
ayağı,
Sanki qurumuşdu dili-dodağı,
Solğun baxışlarla mənə baxırdı,
Gördüyüm vəziyyət məni sıxırdı.
Dedi ki,mən də bir qəza keçirdim,
Bir ayağımı da onda itirdim...
Düzü,çox üzüldüm,pərişan oldum,
İndi neyləyəcəm,xeyala daldım.
Onu o halıyla sevə bilməzdim..
Q: Təəssüf,mən səni belə bilməzdim,
Necə də vicdansız adam imişsən,
Gör kimi sevmişəm,istəmişəm
mən... O: Nə?? Yoxsa sən...
Q: bəli,mən həmin qızam,
İllərdir atılmış,tənha,yalqızam. O: Ola bilmez axı... Bəs səsin...
Q: aha..
Nədir,tanımadın? Deyim,bil daha,
Məni pis günümdə tərk
etdiyinçün,
Aylarla qəm çəkdim,ağladım hər gün,
Hönkür-hönkür elə ağladım,axır,
İndi nə halım var,nə səsim çıxır.
Ağlamaq batırdı səsimi mənim,
Öz sevgim özümə oldusa qənim,
Daha yox inamım heç bir insana, Günah olmasaydı,qıyardım cana...
O: Elə şey eləmə,bağışla məni...
Q: O uca Allaha tapşırdım səni... O:
Axı sən yeriyə bilmirdin...
Q: utan,
Danışma,yatmısan qəflətdə,oyan. Söhbət açılıbsa,deyim hər şeyi,
Mənim yaşadığım acı taleyi,
Bir həyat dərsi tək qəbul
edərsən...
Bundan sonra doğru yolla
gedərsən, Danışım qoy,bəlkə ibrət
götürdün...
Sən o vaxt qəzada çox qan
itirdin,
Dözmədim,sənin o halını gördüm,
Sənə öz qanımı könüllü verdim. Amma ki sənə çox qan lazım idi,
Sən ölərkən mənə can lazım
idi? Nə qədər
gərəkdir,verirəm,dedim,
Səni yenə sağlam görmək
istədim... Həkimlər o qədər qan aldı
məndən, Az qaldı ki,canım çıxsın
bədəndən.
Verdiyim qan sənin köməyin
oldu,
Mənimsə o gündən bədənim soldu. Qanazlığı məni yatağa
saldı,
Amma yenə fikrim yanında qaldı.
Axır,bir ayağım tutuldu tamam,
Daha belə edə bilməzdi davam.
Məcburən kəsdilər bir ayağımı, Sənsə eşitmədin heç sorağımı.
Baxma şikəstliklə ömrüm əridi,
Sənin sağ qalmağın təsəllim idi.
Elə bilirdim ki,atmazsan məni,
Tanımamışam heç zərrəcə səni...
O: Nə deyəcəyimi bilmirəm... Q: heç nə, Danışma,söyləmə bir
dənə
kəlmə.
Bu son zəngim idi...
O: başa düş məni,
Mən belə fədakar bilməzdim səni. Q: Sus! Yaxşı dinlə bu son
sözlərimi,
Vicdansız qəlbindən sil izlərimi!
Məni məhv elədin,eybi
yox,ancaq,
Daha bir kimsəyə çəkmə bu cür dağ.
Səni vicdanınla qoyub baş-başa,
Dəstəyi asıram,get düzgün yaşa,
Əlvida...
O: qulaq as,mən nə edim bəs?
-Artıq çox gec idi,kəsilmişdi səs.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 281 Bölmə: Sevgi varmı?
loading...