Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən ömür Boyu Sahib Ola Biləcəyim Bir Qadın Istədi

Mən ömür boyu sahib ola biləcəyim bir qadın istədim.
Amma özəl bir qadına sahib olmaq istədim.
Kim deyir ki, kişilər axmağ qadınları daha çox sevir? Mən ağıllı bir qadına sahib olmaq istədim.
“Vallah, Billah”la başlayan açıqlamalar etmək məcburiyyətində qalmayan bir qadına sahib olmaq istədim.
Mən elə bir qadın istədim ki şahmat lövhəsini mənə dar etsin. Fillərimi, atlarımı önünə qatıb qovalasın. O qadın məni mat etsin.
Kim deyir ki, kişilər sığına biləcək bir qadın istəməz? Mən sığınıb ağlaya biləcəyim bir qadın istədim. Amma məni buna peşiman etməsin.. Göz yaşlarının zəiflik deyil, duyğu seli olduğunu bilən, “Göz yaşına qurban olaram” deyə biləcək bir qadına sahib olmaq istədim.
İşgüzar olsun istədim, hər iş gəlsin əlindən. Bacarmadıqlarını mənə etdirsin, məcbur etsin.
Qazandığım pullarla birilərinə əl uzatsın, kömək etsin.. Sonra uzun-uzun danışsın gördüyü savablardan.
Qısqanclınclığımı xoş görən bir qadına sahib olmaq istədim.
Mənə şeirlər, nağıllar yazdıracaq, ruhumda fırtınalar qoparacaq, şeirlərimi əzbərləyəcək bir qadına sahib olmaq istədim.
Mənim falıma baxıb bir qadın çıxaran, “kimdi bu qadın?” deyə zarafat yana qısqanan bir qadına sahib olmaq istədim.
Eşqin qiymətini bilən, eşqi üçün taxtını buraxa bilən bir qadın istədim. Mən nazlı, ədalı qadın istədim.
Qayğıkeş bir qadına sahib olmaq istədim. Yeri gəldiyində anam kimi ola biləcək bir qadına. Gecələr üstümü örtmək üçün oyanan, örtdükdən sonra yanağımdan öpən bir qadın olsun istədim..
Ulduzları birlikdə seyr edə biləcəyim, dizlərinə başımı qoyub yatacağım, saçlarımı sığallayan bir qadın istədim..
Mən belə bir qadın istədim..
Bilirəm var, siz yerini söyləyin...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Sevgi varmı?
loading...