Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Internetde Iki Dost Ve Sevgi..

Netdə tanış olan iki gənc dost olurlar. Az bir zaman
içində möhkəm dostluğa çevrilən münasibətlərini
zədələməmək üçün heç bir zaman bir-birlərini
görməməyə, xarici xüsusiyyətlərindən bəhz
etməməyə qərar verirlər. Adlarını, və digər şəxsi
məlumatlarını gizlətsələr belə sadəcə ruhlarının
dərinliklərindən gələn ən səmimi duyğyların dilə
gətirdiyi zaman və məkan bu netdi.
Və bir gün görürlər ki, bir-birlərinə uyğun gələn iki
varlıq olublar. Yazışmadıqları gün hətta saatın
saniyələri belə onlara bir həftə kimi gəlirdi.
Adətən nəfəs aldıqları kimi təbii bir bütövləşmə və
hələ ki bu münasibətə bir ad qoya bilmədikləri bir
hiss böyüdüblər içlərində. İkisidə bu hissi gözəl
hiss edirdilər lakin heç biri bunu dilə gətirib etiraf
edə bilmirdi. Hər ikisi üçün bu hiss tamam fərqli
və təkrar edilməz idi. Bu tamam başqa bir şey idi.
Aradan bir müddət keçdikdən sonra artıq anladılar
ki bir-birlərindən əsla qopa bilməyəcəklərinə
inandıqları gün; real həyatda görüşməyə və
evlənməyə qərar verdilər. Və ikisinində çox yaxşı
tanıdığı bir şəhərdə və çox yaxşı tanıdıqları
sahildə görüşlərinə çox az qalmışdı. Xanımın
əllərində qırmızı güllər və dodaqlarında sevgi dolu
bir təbəssüm olmalı idi. Kişi isə özünü heç bir
şəkildə ifadə etməyəcəkmiş. Nəhayət ki,
gözlədikləri gün yetişmişdi. Gənc oğlan
sözləşdikləri yerə yaxınlaşdıqca qəlbi sanki
yerindən çıxacaqdı. Ürəyindəki hisslər bir az
dəyişməyə başlamışdı.
Düşünürdü ki, birdən sevdiyi qadın lap çox
çirkindir bəlkə, ya kor, topal ya da.... Deyəsə səhv
etdiyini düşünməyə başlamışdır amma tez o
qorxunc düşüncələri sevdiyi qadınına
yaraşdırmamış və bütün elə düşüncələri fikrindən
silməyə başlamışdır. Qarşıda əlində bir gül tutan
və sağa, sola baxan xanımı gördü. Gənc oğlan
əməlli başlı şoka düşdü. O qədər sarsıldl ki hətta
dərindən bir iki nəfəs alaraq üzündəki ifadəni yox
etməyə çalışdı. Və son dərəcədə qərarlı bir
addımlarla xanımın yanına yaxınlaşmağa başladı.
Anası yaşda hətta anasından da bəlkə yaşlı bir
qadın saçları pambıq kimi ağ idi. Üzü yaşadığı
illərin dərin izləri ilə qırışmış amma dodaqlarında
qəribə bir təbəssümlə ona yaxınlaşan gənc oğlana
baxırdı. Oğlan ona yaxınlaşdıqca içindən min bir
suallar keçirdi. Yorğun baxışlarla arada da
baxışlarını qadından yayındırırdı. Ancaq yaşlı qadın
bütün diqqətini ona yönəltmişdir. Düşüncələrində
son dərəcə ziddiyyətlə fikirləşən gənc oğlan
dodaqlarını islatdı və titrək səslə dedi: “Salam
sevgilim. Necəsən?” Artıq gənc oğlan öz bəxtinə
təslim olmuşdu. Onlar bir-birlərinə söz vermişdilə
hər nə olursa olsun hər necə oluruqsa olsun biz
bir-birimizə və sevgimizə sahib çıxacayıq. Bir anlıq
gözlərini yumdu və yazışdıqları günləri xatırlamağa
çalışdı. Neçə-neçə sevgi dolu kəlimələr, sevda dolu
vədlər, parlaq gələcəklər necə olub axı bu cür yaşlı
qadın belə hisslər yaşıyıb. Heç cür inana bilmirdi.
Amma həqiqət həmin gün idi və həqiqət qarşısında
gördüyü idi.
Yaşlı qadının əlində tutduğu qırmızı gülləri aldı və
gülləri öpdü. Sonra əlini uzatdı və, “sevgilim gəl
qalxmağına kömək edim və burdan uzaxlaşaq”
dedi. Olnaları başa düşmədən seyr edən yaşlı qadın
dodaqlarını araladı və “ey oğul, mən illərdir bu
kəlməni unudan anan bəlkə də nənən yaşda bir
qadınam. Nə baş verdiyini anlamıram amma o
gülləri əlimdən nə üçün aldın. O gülləri mənə
qarşıda oturan o gənc qız verdi. Deyəsə birini
gözləyirdi və bu məkanda görüşəcəkdi. Demişdi ki,
əgər o oğlan gəlsə mənim adımdan bu gülləri ona
verərsən. Məndə o gənci gözləyirdim. Yoxsa o gənc
oğlan sənsən?” Gənc oğlan bir müddət səssiz qaldı,
və sonra boğazı qurumuş şəkildə və qarışıq bir
hisslərlə yaşlı qadınının göstərdiyi tərəfə baxdı.
Gənc bir qız sevgi və minnətdarlıqla parlayan yaşıl
göz ona gülümsəyirdi. Oölan təlaşla yaşlı qadının
əllərindən öpdü və gülləri ona təkarar geri
qaytardı. Və qarşı tərəfə yəni yaşlı qadının
göstərdiyi tərəfə qaçmağa başladı. Gənc qız da
ayağa qalxdı və onu gözləyirdi. “Səni yoxlayırdım.
Əgər gülləri almayıb geri dönsəydin məndə səssizcə
burdan uzaqlaşacaqdım. Səni doğru tanımamışam
sevgilim.”
Görəsən belə şanslı sevgiyə sahib olan neçə insan
var?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Sevgi varmı?
loading...