Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəyimin Səsi

Həyat deyilən yoxuşu qorxaraq yaşamaqdır ayrılıq...Hələ tam başında təkliyə bürünər bədənin ağılında fikirində o vardır artıq.

Etmiş olduğun və edəcək olacağın hər şeydə onu axtararsan. Danışdığın hər insanda, etmiş olduğun hər gözəllikdə, toxunduğun hər əşyada hətta və hətta gəzdiyin küçə və prospektlərdə xatirələr canlanar...

Sevə bilməzsən ondan sonra, sevməyə çalışsanda sevə bilməzsən. İçində fırtınalar qopar onu belə fərq ede bilməzəsn. Həyatın bizə yeni fırtınalar gətirəcəyini bildiyin üçün qorxaraq keçər zamanın, ömürün, xəyalların və xülyaların.

İçdən içə ağlayıram bu gecə, vərdiş etmədiyim saata gəlmişdi durğunluğum. Baxışlarımı əsir götürmüşdü təkliyin, sitemkar gözlərə yaraşmırdı üsyanların…

Ürəyimin qışqırıqlarını eşidə bilmirdim artıq, sənsizliyim mənliyimdən çox şey aparmışdı. Bədbəxtliyə məna qatan gedişin hələ gözlərəmdən süzülür.

Oktyabr günləri gəlir ağılıma....Xatirələr canlanar...

Bağlaya bilmirəm sən açan yaralarımı, duyğularda məğlub edir artıq iradəmi…Artıq qışqırmaq istəyirəm!

Səni Sevirəm deyə...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 38 Bölmə: Sevgi varmı?
loading...