Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Seni Sene Buraxdim

Mən məni SƏN'də buraxdım..

Yaşanmış bir eşqi izah edin desələr mənə
Səni izah edərəm..
Günəşin istiliyini soruşsalar .. səni söyləyərəm ..
Yağışın bərəkətini soruşsalar..
Sən deyərəm.
Sənsizliyin adı nədir desələr..
Yenə sən deyərəm..
Sən məndə tam fərqlisən..!
Amma olmadı..getməyən bir şey vardı sanki..
Səni sevmək istəyərcəsinə..
Həm də dəlicəsinə ..
Qaçmaq istəyərcəsinə ..
Amma yolunda getməyən bir şey var idi ..
Sanki yavaş gedərcəsinə..
İndi sənmi məhrum..?
Mən mi ?
Sən getdiyindən bəri ..
Mən həm mənsizəm, həm sənsiz ..
Niyə? Çünki mən məni səndə buraxdım ..
Səndə buraxdım sevgilim..
Yaşanmış eşqlər vardır tarixlər yazar ..
Bir bir, səhifə-səhifə ..
İnsanlar izah edər hekayələri bir-birlərinə.
Qələm almadım, kimsəyə anlatmadım ..
Kimsə yazmasın, kimsə bilməsin deyə
Çünki belə bir eşq bir daha yaşanmayacaq .. bilirəm ..
Sən getdiyindən bəri ..
Mən mi? Məni soruşma.. tək deyiləm artıq.
Çünki mən məndə deyiləm ..
Sən mi? Sən heç tək deyilsən birdənəm ..
Onsuz da gedərkən mən məni, səndə buraxdım ..
Əgər bir gün mənə gəlmək istəsən ..
Əgər bir gün qapını açıb girmək istəsən
Əsla çalma qapını ..
Açarı çantanın kiçik cibinə qoydum ..
Əgər bir gün mənə soruşsan hardasan deyə
Heç bir yerdə ..
Bilirsən, mən məni səndə buraxdım ..
Sən getdiyindən bəri ..
Mən həm mənsizəm həm sənsiz ..
Mən mi? Boş ver..
Həyat bu .. Yenə bir səhər yaşayıram..
Gerisi? Söyləyim sənə .. o zaman yaxşı dinlə..
Bax bu sənə qalanı ..
Səndən sonra və sairə, və sairə...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 52 Bölmə: Sevgi varmı?
loading...