Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MENCE SEVGI...

Mənim üçün

Sevgi səhərlər xoşbəxtlik, gündüzləri həsrət, axşamları sevincdir...

Sevgi sevgilinin gözlərində həyat səbəbini tapmaqdır.

Sevgi əldəki iki yarım almadan böyük olanını sevgiliyə verməkdir.

Sevgi ürəyin sızlasa da sevgilinin üzünə gülümsəyə bilməkdir.

Sevgi susuzluq öldürəcək olsa da stəkanı əvvəl ona uzatmaqdır



Sevgi iki əlin tutmaz olsa da onu kürəyində daşıya bilməkdir.

Sevgi gözlərini bağladığın zaman onun qoxusunu duya bilməkdir.

Sevgi qışqıra-qışqıra "Sevirəm" deyə bilməkdir..

Sevgi sən soyuq qar içindəykən içini istilədən atəşdir.

Sevgi yaşayarkən ölmək ya da öldükdən sonra yaşaya bilməkdir

Sevgi bir ovuc qum içindəki bir neçə parça qızıl kimidir!!! Qum barmaqlarınızın arasından sürüşərkən,

tək düşündüyünüz qızılın sonda ovucunuzda qalmasıdır.....

Daha sonra anlarsınız ki gerçək Sevgi o axan qumlardaymış.

Sevgi bəlkə sevilmədən sevmək deməkdir.

Sevgi əllərinlə onun əllərini tutarkən,gözlərinin içinə baxıb xəyallar qurmaqdır.

Məncə Sevgi özünü unudub başqasını yaşamaqdır.



Sevgi acı çəkməkdir. Bir qurtum suyun olsa belə onunla paylaşmaqdır.

Gecələri yuxusuz qalmaq, səhərlər də qaçaraq onun yanına getməkdir.

Hər an yanında olsa belə, yenə də onun üçün darıxmaqdır.

Onu bir çiçəkdən belə qısqanacaq, amma son nəfəsini belə ona verəcək vəziyyətə gəlməkdir.

Sevgi budur…


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Sevgi varmı?
loading...