Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəribə Hekayə

Yenidən doğulmaq istəyirəm.
Qoy, desinlər nankordu, həyatınnan narazıçılıx edir.
Gecə-gündüz qan qusmaq istəyirəm.
Qoy desinlər deyəsən bu cəmiyyət nəhayət ki, onu zəhərləyib.
Siqaretə başlamaq istəyirəm, bir gün, bütün günü siqaret çəkəcəm, qoy barmaqlarımın ucu günlərim kimi qara olsun. Dişlərim saralsın. Üzüm də qocalaraq daxilimlə vəhdət yaratsın.
Qoy desinlər axmaqdı həyatını məhv edir.
Bir gecə klubuna getmək istəyirəm, ən ağır içkini sifariş edəcəm, onun şüşəsini sındırıb damarlarımı kəsəcəm, sonra da yaramın üstünə o şərabdan töküb çığıracam, bərkdən çığıracam. Hamı eşitsin! Hamı bilsin ki əzab çəkirəm. Hamı bilsin ki, ölümlə təkbətək vəzyətdəyəm.amma çığırtıma gülüş də qatacam.hahahaaa...ürəkdən güləcəəm.
Qoy desinlər ki vəhşidi, irgəncdi.sanki həyatını fransız rejissoru çəkib..bütün eybəcər səhnələriylə.
Bank yarmaq istəyirəm. Dəhşətli dərəcədə çoxlu pulum olacaq. Səni də çox rahat alacam, sarayım olacaq. Hər şeyim olacaq. Bir gün 10 minlik Çılçırağımnan özümü asmaq istəyəcəm. Kəndiri çox nazik seçəcəm ki stulu itələyən kimi qırılsın.
Qoy desinlər bədbəxtdi, heç özünü də öldürə bilmir.
Qaçmaq istəyirəm. Hamıdan, əllərimnən qan süzülərək. Hər keçdiyim dükanın şüşəsində çürümüş sifətimi, saralmış dişlərimi, heç bir məna kəsb etməyən gözlərimi görüb, özümə nifrət edərək özümnən də qaçmaq istəyirəm..Qaçacam da. Çox bərk qaçacam. İllərlə ayağımda yığılan əzələləri elə həmin qaçış məsafəsində yox edəcəm..Hündür bir binaya çıxacam və orda ayaqlarım nəhayət ki, çökəcəy..Ordan bir daha da qışqıracam..Hamının diqqəti məndə olsun.
Qoy desinlər son saniyəsində də şöhrətpərəstliyinnən qalmır..
Həyatımı elə o andaca bitirməy istəyirəm..atacam..Əvvəlcə, artıq dərimə yapışmış son siqareti atacam, sonra bu zibil olmuş həyatımı..
Yeni bir həyat istəyirəm..Allahdan yeni həyat istəyəcəm..o da verəcək. Axı o rəhmlidi, və o həyata hər şeyimi itirdikdən sonra başlayacam.
Qoy maraqlansınlar, görəsən ona dərs oldu mu?
Başqalarının fikrinə tüpürməy istəyirəm, qoy desinlər vicdansızdı!
Qəribə bir hekayə yazmaq istəyirəm.
Qoy desinlər psixdi, hələ də elə bilir bu qələm ona nəsə verəcək...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Sevgi varmı?
loading...