Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bitməyən Nağıl

Bir kişi günah işlətdiyinə görə mələklər onu cəzalandırırlar.Cəzası da ölümsüzlük olur.Kişi ölmür.Həmişə cavan qalır.Bu ilk baxışdan əla görünə bilər. Amma təsəvvür edin ki,kişinin sevgilisi olur.Sonra sevgilisinin qocalmağını görür.Gözünün qarşısında uşaqları ölür. Kişi nəvəsinin nəvəsinə aşiq olur.Evlənir.Sonra o da qocalır.Bunu görəndə başqa şəhərə qaçır.Orada da ailə qurur.Dostlar tapır.Amma hamısı bir gün məhf olub gedir.Onda kişi dövlətinə,vətəninə xidmət eləməyə başlayır.Amma illər ötür,sərhədlər dəyişir,yeni millətlər əmələ gəlir,yeni dövlətlər qurulur.300 il ərzində kişinin 15 vətəni olur.Günün birində kişi özünü öldürmək istəyir.Amma ölə bilmir.Başlayır özü kimi ölümsüzləri axtarmağa.500il,1000 il keçir,heç kimi tapmır.Tək-tənha qalır.Bu illər ərzində o qədər bilik toplayır ki,artıq insanlarla da ünsiyyətə girə bilmir.Çünki 50 illik həyat təcrübəsi olan insanlar onun qarşısında 5 yaşlı uşağa bənzəyir.Kişi həyatın içini də çölünü də bilir.Bütün ölkələri gəzir.Dənizlərin qurumasını görür.Bəzi heyvanların nəslinin kəsilməsinin şahidi olur. Çoxlu var-dövlətə sahib olur. Artıq içində heç kimə qarşı sevgi olmur.Bütün günlərini eyş-işrətlə keçirir.Ölüm qorxusu olmadığından,həm də ölüm onun üçün gizli qalan yeganə sirr olduğundan nökərlərinə əmr edir ki,onu edam etsinlər.Onun əl ayağıni doğrayıb,başını kəsirlər.Sonra bədənini yandırırlar.Amma səhərisi gün o yenidən bir cilddə peyda olur.Gah dənizin sahilində,gah mağarada,gah da meşənin içində.Vəziyyəti belə görüb başlayır ibadətə.Hər şeyini atıb günlərini məbədlərdə keçirir.Amma hər dəfə yeni dinlər yaranır,yeni peyğəmbərlər gəlir.O da hər dəfə yeni dinlərə qoşulur ki,bəlkə Allah onu bağışlayar.Amma ölüm gəlmir.Onda kişi başlayır insanları öldürməyə,fəlakətlər törətməyə.Ordular qurub dünyanı idarə etməyə çalışır.Kişi ən güclü sərkərdə olur.Onu öldürürlər.O isə başqa cilddə peyda olur,başqa dövləti idarə edir.Bu işdən də bezən də rəssam olur,sonra şair,sonra balıqçı və bir gün hər şeydən bezir.Onda dəli olur.Başlayır hər kəsə bəyan eləməyə ki ,hər dəfə yeni cilddə dünyaya gəlir.Amma insanlar ona inanmırlar.Keçmişdən danışır,sirrlərdən danışır.Deyirlər falçıdır,ya cadugər.Və onu yenidən edama,yada zindana aparırlar.Bu nağıl bitmir.Sonda heç nə deyilmir.Deyilənə görə bu nağılı elə həmin kişi özü yazıb.O indiyə qədər bizim aramızdadir.Sadecə artıq yorulub.O bizə baxır və susub yanımızda keçir.Onun baxışları dərinlərə,çox dərinlərə zillənib...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi varmı?
loading...