Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qebirsanliga Aparan Sevgi

Məni hiss etmirsənmi,görmürsənmi? Axı yanındam… ünvanındayam...əlim əlindədi,gözüm gözündə...Amma baxışın əvvəlki baxış deyil,sanki nəfəsimin səsini eşidəcək qədər yaxınlıqında olan mən yox idim orda.Təəcübləndim bilmədim niyə.Qırılmış qəlbimi yenədə qırdın...artıq bu peşədi yəqin səndə...amma yenədə qaranlıq qaldı mənə insan bu qədər unutqan olarmı?...Danışdım, amma kar idi sözlərimə qulağın..Susdum…susdum ki bəlkə gözlərim danışsa duyacaqsan sən!Amma nə fayda...gözlərindən yaşlar yavaş – yavaş axırdı...bu axıntı mənə yazda səhər çiçəklərin üstündəki şeh damlasını xatırladırdı.Deyirlər göz yaşı duzlu olur deniz suyu tək...amma nədənsə axan göz yaşın mənə bulaqı xatırladırdı...Dəlicəsinə qalxıb yerindən,gödəkçəni geyinib qapıdan çıxdın.Yaxşı xatirimdədi bu gödəkçənin sənin əynində çox gözəl qaldıqını demişdim.Gözəllik gödəkçədə deyildi, ona da gözəlliyi sən bəxş edirdin.
Pilləkənləri surətlə düşüb taksiyə oturdun.Mənsə hələ də yanındayam,əllərim əllərində və bir nəfəs qədər yaxın...Taksi-də gedərkən hey sənə baxdım, neynime doymuram şirinliyindən.Amma sən yenə də görmədin məni.Taksi dayandı və düşdün.Diqqətlə baxdım ətrafa...və bir qəbrsanlıqın qapısı ağzında olduğunu gördüm.3ədəd qərənfil alıb girdin məzarliğa...qəbrlərin arasıyla addımlamağa başlarkən bir anlıq dayandın.Səbəbini mən bilirəm axı sən vahimələnirdin qəbrsanlıqda...qorxurdun itirməkdən,ölməkdən və ölülərdən.
Amma nədənsə davam etdin yoluna,artıq nə baş verdiyini, niyə ağladıqını anlıyırdım yavaş –yavaş.Sevdiklərindən sənə əziz olanlardan birini itirmişdin.Başsağığı verdim sənə, amma yenə də eşitmədin.Dayanmadan və tez-tez gedirdin məzarların arasıyla və get-gede surətləndi yerişin.Artıq qaçırdın...hönkürərək,ağlayaraq qaçırdın bir məzara doğru.Qəbrə yaxınlaşdın, diz üstə çökdün və qucaqlıyıb baş daşını ağladın.Mənsə səni yaxınınla az müddətdə olsa tək qoyub ürəyini boşaltmanı istədim.Mane olmaq istəmədim...
Xeyli müddət keçdi və yaxınlaşdım məzara doğru, yaxınlaşdıqca hönkürtün tüklərimi biz-biz edirdi...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 130 Bölmə: Sevgi varmı?
loading...