Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daha Sene Inanmiram...

Mənə SəNin səsini eşitməyi qadağan elə.
O zaman mən hər yerdə OnU eşitməyə başlayaram. Küçə ilə gedərkən yarpaqlar pıçıltı ilə SəNin səsinlə danışacaq. Külək saçlarımla oynayaraq öz şübhələrini SəNin səsinlə mənimlə bölüşəcək. Yağış göz yaşlarına dönüb gah üzümü isladacaq,gah damları döyəcləyəcək bu anlaşılmazlıqda çaşıb qalaraq...
O da SəNin səsinlə.
Bəlkə OnuN damcıları qəlbimi işıqlı notlara qərq edərək gözlərimdə əks olunacaq?
Ürəyimin döyüntüləri SəNin səsinlə sirrlərini mənə çatdıracaq...Gah həyəcanla vuraraq sinəmdən çıxmağa can atacaq, gah da sakitləşərək həzin-həzin döyünəcək




Mənə gözlərinə baxmağı qadağan elə.
O zaman mən səmada ulduzları axtarmağa başlayaram. Onların soyuq parıltısı məni ÖlməK arzusuna gətirənədək. Mən günəşə baxaram...Əllərimlə gözlərimi tutmadan, "OnuN" parlaq şüaları qəlbimə işləyə bilsin deyə.
Mən buludlarla baxışaram ciddi-ciddi...İldırımın çaxmasına imkan vermədən hirsli halda bir yerə toplaşan buludlarla. Qəlbimin istiliyini OnlarlA bölüşərəm,bəlkə bu istilik OnlarıN qəzəbini əridə, şəffaf axın yarana,məni öz qoynuna alıb özü ilə apara.




Mənə SəNə toxunmağı qadağan elə.
Mən də ocaq qalayıb OnuN oduna isinərəm. Əllərimi OnuN alovlanan dillərinə yaxınlaşdıraram ki, buzlamış SəNə həsrət barmaqlarımı yandırsın. Qoy mən kənara çəkilə bilməyim və yanım. Axı mən hələ yanmadan sevməyi öyrənməmişəm. Qoy alovun acı dilləri bunu mənə öyrətsin.




SəNi itirməyə icazə ver mənə.
Mən qulaq asaram SəNə. Düzdü ola bilər ki,mən yolumu itirim, qarışıqlıqda azım...
O zaman SəN özün məni taparsan, qarşımda cığır açaraq yolu göstərərSəN.




SəNin haqda susmağıma icazə ver mənə.
Mən yenə SəNə qulaq asaram...
Amma onda SəN özün məni danışdırmağa çalışarsan,ətrafımda səs küy yaradaraq...




SəNi unutmağa icazə ver mənə.
Mən unudaram. O zaman SəN yenidən özünü xatırlatmağa başlayarsan.
Payız yağışına dönüb pəncərəmə damlalardan naxışlar çəkərSəN.




İcazə ver bilim ki,SəNə lazım deyiləm...
Mən SəNə inanaram. Mən yox olaram,günəş kimi bataram,yerimi gecələrə verərəm...
O zaman SəN məni tutarsan,qaranlıqları ulduzlara qərq edərSəN məni tapmaq üçün...




Sən məni inandırmağa çalış...
İnandır ki, bu sondur. Hər şey geridə qalıb. Hər şey bitib. Ancaq xatirələrdi yaşayan. İnandır ki, sən daha mənə lazım deyilsən. Mən sənin haqda arzulamıram. Mən daha nağıllara inanmıram. Mən daha yuxularına gəlmirəm. İnandır ki......




Və mən SəNə inanmaram. Mən bunlara heç vaxt inanmaram...

Bəs SəN necə, inandıra bilərSəNmi?


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Sevgi mesajları
loading...