Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meni Ara

Əgər bir gün ağlamalı olsan,Məni ara...
Səni güldürməyimə söz vermirəm,
Amma səninlə birlikdə ağlaya bilərəm...
Əgər bir gün uzaqlara qaçmaq istəsən,
Məni aramaqdan qorxma...
Səni durdurmağıma söz vermirəm,
Amma səninlə birlikdə qaça bilərəm...
Əgər bir gün kimləsə danışmaq istəməsən,
Məni ara...
Səssiz olacağıma söz verirəm,
Amma bir gün arasan və cavab gəlməsə,
Dərhal məni görməyə gəl,
Bəlkə sənə ehtiyacım vardır..


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 50 Bölmə: Sevgi mesajları
loading...