Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni Unudacam,Sevgilim!!!

Dünəndəndir çox qəribə hisslər içərisindəyəm..Sevib-sevmədiyimi bilmirəm..Artıq sevgimə əmin deyiləm..
Bugün özümlə tək qalmaq üçün dəniz kənarına getmişdim,sevgilim..Orda səninlə olan xatirələrimin dəniz dalğaları ilə birgə çoox uzaqlara gedəcəyin,o dalğalar içərisində boğulacağın düşünmüşdüm..Qəlbimdəki mənə əzab verən bu sevgini ordaca unudub bu sevgidən qurtulacağımı zənn edirdim!
Bir müddət buna inanıb hərəkət etdim...ama yoxluğun hiss olunurdu,sevgilim...
Qəlbimdəki yerini doldurmaq üçün başqasın ilə danışıb səni unutmağa çalışdım..Hətta onu sevdiyimə özümü elə inandırmışdımki...
Amma əslində mən sadəcə olaraq Ona,onun sevgisinə sığınmışdım,sevgilim...
Hər kəsə Onunla olan sevgimdən danışdım qəlbimdə Sən ola-ola..Sanki sənə,dostlarımıza,hamıya,ən əsası isə özümə qarşı oynayırdım bu rolu..
Səni unutduğumu zənn edirdim..Daha doğrusu Səni unutmağa çalışırdım...
Amma ən adi bir sevgi hekayesi,xatirələrlə dolu musiqi sədası mənə səni xatırladırdı...
Bütün bunıara baxmayaraq Mən Səni Unudacam,Sevgilim!!!
Bəlkə də çox çətin olacaq 5 illik sevgini belə qısa müddətdə unutmaq,amma mən səni unudacam!
Səni xatırladığım anda mənə olan yalanlarını,xəyanətlərini düşünəcəm! Onda daha güclü hiss edəcəm özümü...
inan mənə bircə xəyanətin belə məni güclü etməyə bəs edir!Əslində məni belə güclü etdiyin üçün,Çox Sağ Ol!
Amma kaşki qəlbimə toxunmadan bunu edərdin..
Bax! Artıq güclüyəm! Yenə gedəcəm məni dəli kimi sevənin yanına..Unudacam onun yanında Səni!!!
Sən başqa gözəlçələrin qoynunda məni unutduğun kimi!!!!


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 336 Bölmə: Sevgi mesajları
loading...