Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duz Olan

Niyə sevinclər deyil, üzülmək iz buraxar ürəkdə?
İki məhkum, yağış sonrası dəmirlərin arasındakı kiçik pəncərədən çölə baxar.
Biri deyər ki "Of hər tərəf xoşagəlməz palçıq oldu!"
Digəri deyər ki "Qaldır başını bax göyqurşağı çıxdı rəngarəng!"

Ən son siz kimə yaxşılıq etmisiz?
Yaxşı, ən son sizə kim pislik etmişdi?

Bizə yaxşılığı toxunan insanları tez unudur amma pisliyi toxunanları unutmuruq…
Gündə minlərlə müvəffəqiyyətli cərrahı müdaxilədə olan həkimləri görmür, bir dənə sarğı bezi unudan diqqətsiz həkimi unutmuruq…

Yenə minlərlə polis namusuyla dürüstcə işini edir, rüşvət alan iki polisdən ötəri bütün təşkilatı qaralayır hamısı belə bunların deyirik…

Tərk etdiklərimizin sayını bilmir, tərk edənləri unutmur və əsla bağışlamırıq…

Şagird vaxtı yaxşı qeydi biz alırıq pis qeydi müəllim verdi deyirik…

Saysız örnəkləndirilə bilər bunlar.
Biz yaxşı şeyləri unutmadan balıq yaddaşımıza sığınır, pis şeyləri unuda bilməmədə dəvə kininə bürünürük
Davamlı şikayət edir, davamlı bir yerlərimizi qanadır heç cür xoşbəxt olmağı bacara bilmirik…

Pisi düşünmək pisi çağırmaqdır unutmayın!

Bir də tövsiyə - sizin keçmişiniz də uşaqlığınız daxil pis iz buraxan kimlər varsa, hamısını bağışlanın ürəyinizdə, amma səmimiyyətlə…

Bax o zaman rahatlayacaq və bu qədər ildir necə öz özünüzü boşu boşuna yediyinizi anlayacaqsınız
Amma əvvəl özünüzü bağışlamaq şərtiylə!
İndi sıra sizdə.
Sevinclər iz buraxsın artıq ürəklərinizdə. AMIN.

Ireli getmek uchun tez-tez geriye donun,yoxsa haradan cixdiginizi ve haraya gedeceyinizi unudarsiniz..


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Sevgi mesajları
loading...