Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XOŞBƏXTLİK ŞEİRİ

XOŞBƏXTLİK ŞEİRİ

Eyni Günəşi paylaşırıq səninlə,
eyni dünyanı,
eyni şəhəri,
eyni zamanı.

Eyni yollarda yürüyüb
eyni havanı bölüşüb
eyni adamlarla üz-üzə gəlirik hər gün.
Eyni keçidlərdə yayınırıq
trafik qəzalarından.
Səmtimiz də eyni,
səfərimiz də.

Amma bir fərqimiz var səninlə
mən səni sevirəm,
sən məni.

XATİRƏ NURGÜL


Tarix: 26.03.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 290 Bölmə: Sevgi şerləri
loading...