Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən yoxsan yanımda,

Sən yoxsan yanımda,
Ən izdihamlı şəhərdə kimsəsiz səhralardakı kimi təkəm...
Sən yoxsan yanımda
Ən uca dağlarda dolanan qartal kimi təkəm.
Sən yoxsan yanımda
Günəş mənə küskün,işığını yaymır aləmə…
Sən yoxsan yanımda
Mən küskünəm dünyaya,hiss etmirəm ən yandırıcı atəşi...
Sən yoxsan yanımda
Yoldaş olmuşam qaranlıq gecələrdə tək doğan aya…
Sən yoxsan yanımda
Səni soruşuram səmada tək parlayan ulduzlardan…
Sən yoxsan yanımda
Üşüyürəm yandırıcı yay istisində…
Qar yağır ürəyimə….
Sən yoxsan yanımda
Sevən baxışların var yanımda,
Həsrətin var,qoxun var ürəyimin içində...
Sən yoxsan yanımda
Yenə nə tez axşam oldu...
Yağış yağıb ki,bu sel hardan?
Sən yoxsan yanımda
Bülbüllər həsrət nəğməsini oxuyur…
Sən yoxsan yanımda
Dünyanın qəmi var üzümdə.
Sən yoxsan yanımda
Sevən baxışların hələ gözümdə...


Tarix: 27.01.2015 / 14:00 Müəllif: Aziza Baxılıb: 222 Bölmə: Sevgi şerləri
loading...