Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedirsən get

Bir az uzaq dolan bir az uzaq gəz,
Onsuzda buna da alışacaqsan,
Dözməyib sevgimin buz nəfəsinə,
Məni unutmağa çalışacaqsan.

Əvvəlcə bir azca çətin olacaq,
Köhnə vərdişləri atmaq, unutmaq,
Anası təzəcə ölmüş uşağa
bənzəyən bu dəli eşqi ovutmaq.

Bilirəm axşamlar qəribsəyəcək,
Səhərlər ürəyin kövrəlcək də,
Eh, qorxma kim ölüb axı həsrətdən?
Mənim həsrətim də köhnələcək dəəə.

Bilirəm gedirsən,uşaq deyiləm,
Nolar bəhanəyə sarılma daha,
Onsuzda gedişin yoracaq səni,
Bəhanə uydurub yorulma daha.

De, hansı sevginin yolu hamardır?
Yollarda bu kəsək, daş bəhanədir,
Güya getməlisən, qala bilməzsən,
Uydurma hamısı boş bəhanədir.

Dedinki, "Gülümsə"-gülümsəyirəm,
Vüsalın yanımdan ötür yel kimi,
Üzümdə nə var ey baxma üzümə,
Göz yaşım qəlbimə axır sel kimi.

Mən elə dözəcəm ayrılığına,
Görənlər düşünsün ağrım, acım yox,
Mən sənin qəlbini bütöv istədim,
Qəlbnin küncünə ehtiyacım yox.


Tarix: 27.01.2015 / 12:32 Müəllif: Aziza Baxılıb: 195 Bölmə: Sevgi şerləri
loading...