Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AYRILIQ....

Ayrılıq gününü xatırlaram mən,
O anda səmanı buludlar aldı
Səninlə yan-yana qəmli gedərkən
Üstümə həsrətin yağışı yağdı

Ayrılıq zamanı gəlib yetişdi
Ruhumuz dərd-qəmə bataraq dindi
Qəlbimiz ağrıdı, gücümüz bitdi
Yolumuz ayrıldı, səmtimiz itdi.

Səmalar duymuşdu ürək ağrımı,
Utanıb saxladım, mən göz yaşımı
Yağan yağış deyil, göz yaşlarımdı
Bilmirəm sən bunu heç anladınmı?

O gün leysan yağdı, evə çatanda
Çünki hönkürtüylə mən ağlayırdım.
Səmalar dözmədi ürək ağrıma
Çünki, Göylər dostu –mən ağlayırdım.

Yağışlar yağdırdım səhərə qədər,
Ağladım gecədən-səhərə qədər
Heç zaman unutma ölənə qədər
Yağışlar yağacaq göz yaşım qədər

Ayrılıq günündən bu günə qədər
Hər yağan yağışa yetirdim nəzər
Nə zaman ağlasam həsrətin qədər,
Yağışlar yağırdı göz yaşım qədər


Tarix: 27.01.2015 / 12:06 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Sevgi şerləri
loading...