Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSTƏDİM UNUDUM

İstədim unudum,elə undum.
Birdə düşməyəsən yadıma mənim.
Yoxluğun qəlbimi alışdıranda.
Baxa bilməyəsən oduma mənim.






İstədim unudum,elə undum,
Əhdini unutmuş bir yoldaş kimi.
Səsin qulağıma çatmasın mənim,
Quyuya atılmış qara daş kimi.






İllər,aylar keçsin düşmə yadıma,
Görməyim o, saxta kölgəni belə.
Undum ilk dəfə görüşdüyümüz,
O yeri,o yolu döngəni belə.






İstədim unudum,nə olsun axı?
Ruhum öz yerini tapıb səndə tək,
Çıxasan yadımdan elə çıxasan,
Allahın yadında çıxan bəndətək.







İstədim yoxluğun üzməsin məni,
Artıq səbrim çatmır dayanım durum.
Əlacım odurki unudum səni,
Unudum?bəs onda necə undum.






Bilmədim bir haram,ucuz bəndəni.
Allah bir bu qədər sevə bilərmiş.
Bilmədim quyuya atılan daşda,
Nə vaxtsa səs edib dinə bilərmiş.


Tarix: 27.01.2015 / 11:50 Müəllif: Aziza Baxılıb: 137 Bölmə: Sevgi şerləri
loading...