Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanı məhəbbət xilas edəcək...

Qəlbimə sevgidən bir zərrə düşüb...
Bir çəmən göyərib, bir meşə bitib.
Gül şehə batmayıb, gül zərə düşüb,
Aləmi bürüyüb yenə xoş ətir.
Çiçəkdən çiçəyə qonur bir böcək,
Dünyanı məhəbbət xilas edəcək....

Üfüqlıər boyanır alov rənginə,
Bəxtinə gün dogur yenə bu elin.
Qarışıb səhərin xoş ahənginə,
Üzündə təbəssüm, nazlı bir gəlin,
Bulağa yollanır əlində sənək,
Dünyanı məhəbbət xilas edəcək.

Sevgilim, baxıram xumar gözünə,
Ruhum təzələnir, qaynayır qanım.
Düşürəm gəncliyin sönməz izinə,
Başlanır yeni bir həyat dastanım.
Əvvəlki şövq ilə çırpınır ürək,
Dünyanı məhəbbət xilas edəcək,

Bakı. iyul 2012.


Tarix: 27.01.2015 / 11:49 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Sevgi şerləri
loading...