Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axtarıram mən

Dəyişə biləydim kaş bu qədəri
Sən mənə bəxş etdin qəmi, kədəri
Məni tərk eləyib gedəndən bəri
İtmiş ümidlərimi axtarıram mən.

Bütün varlığımı vermişdim sənə
Bircə an dəymədim incə qəlbinə
Əgər görən varsa söyləsin mənə
İtmiş ümidlərimi axtarıram mən.

Sən getdin bağlandı sevgi kitabım
Daha qalmayıbdır təkliyə tabım
Qoy yox olsun deyə hər iztirabım
İtmiş ümidlərimi axtarıram mən.

Mən səni sevmədim aldanmaq üçün
Sevdim sevinməkçün, şadlanmaq üçün
Həyata yenidən bağlanmaq üçün
İtmiş ümidlərimi axtarıram mən.

Puç oldu həyatım, puç oldu yenə
Dön deyə nə qədər yalvardım sənə
Gəlib həmdəm olsun dost kimi mənə
İtmiş ümidlərimi axtarıram mən.


Tarix: 26.12.2014 / 12:35 Müəllif: Aziza Baxılıb: 101 Bölmə: Sevgi şerləri
loading...