Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gün məzarınla nişanlanıram

Bu gün ad günündür qanayıb yaram,
Məzarın üstündə şeir yazıram..
Bu son şeirimlə bizi ayıran,
Ölmüş xoşbəxtliyə qəbir qazıram..

Sən Hər üşüyəndə qucaqlayardım,
Yaralı Qəlbimə Ox tək batırsan..
Bəs indi torpağın altında canım,
Bu soyuq Məzarda necə yatırsan?

Baş daşın üstündə iki tarix var,
Bu günü görməzdim ölərdim ancaq…
Doğum tarixinə toxunmazdım yar,
Ölüm tarixini silərdim ancaq..

Sənə yalvarıram Qalx ordan gedək,
Kaş ki, bu ayrılıq yuxu olardı..
Nə vaxt nişanlanaq, harda toy edək?
Neçə istəyimiz arzumuz vardı…

Bizi qovuşmadan ayırdı ölüm,
Mən yenə əhdimə sadiq qalıram…
Bir nişan üzüyü almışam Gülüm,
Bu gün Məzarınla nişanlanıram….


Tarix: 26.12.2014 / 12:11 Müəllif: Aziza Baxılıb: 92 Bölmə: Sevgi şerləri
loading...