Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peşman(lıqlar)ım...

Mənim də peşmanlıqlarım oldu bu həyatda.
Qaçan fürsətlərin ardından acı-acı baxdığım oldu.

Peşman(lıqlar)ım...

Amma heç birində qalmadım olduğum yerdə,
gözləmədim ölümü. Buraxmadım özümü zamana köhnəltsin,
azaltsın, yox etsin deyə.Unutmaq üçün bəhanələr axtarmadım,
səbəblər tapmadım. Qısa davamlı hüznlərin ardından yapışdım əlimin çatdığı,
gözümün gördüyü bir şeyə. Unutmasam da keçmişi,
axtar-axtar peşman olsam da etdiklərimdən ya da edə bilmədiklərimdən,
bildirmədim kəslərə çətin anlarımı. Bəzən yanılsam,
yolumdan azsam da özümə belə küsmədim.


Peşman(lıqlar)ım...

Və zaman gəldi, keçdi…
Saysız həyatlar, müddətsiz hekayələr axdı başımdan bildiyim bilmədiyim.
Mənə ayrılmış vaqonda səfərimə davam etdim mən.
Çox vaxt qapım açılmadı belə, telefonum çalmadı.
O məktub heç cür gəlmək bilmədi. Halbuki mən şeirlər yazmışdım
pəncərəmdən dünyanı seyr edərkən.
Gözəl sözlər saxlamışdım dəftər aralarına.
Amma olmadı. Şeirlər deyilmədi izdiham gecələrdə,
sözlər sətirlərdən dodaqlara tökülmədi.
Eşidilmədi səsim heç bir qulaqda, divarda əks-sədalanmadı.
Lakin, həyat -hər şeyə baxmayaraq- davam etdi öz qabığımda.
Fərqli xəyallar, başqa ümidlərlə sürüb getdi qaldığı yerdən.
Yeni peşmanlıqlar yığaraq…


Tarix: 03.12.2014 / 18:07 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Sevgi şerləri
loading...