Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÇÜNKİ ONLAR BİR-BİRLERİNİ SEVİRLƏR.

Dan yeri təzəcə ağarırdı ki,sevdiyinin oyanmasından təxminən 40 dəqiqə əvvəl o,artıq oyanmışdı. Planlar fərqli idi...amma nədən başlamaq... yatağa gətirilmiş yemək bu artıq adi hal idi onsuzda,bəs başqa nə etmək...qız birazdan işə gedəcəkdi, vaxt yox idi... axşam davamını hazırlamaq olardı... o işdən yorğun gələcəkdi və kefini düzəltmək asan olmayacaqdı. Tezliklə işini dəyişməlidi...

Soyuducunu açıb təəccüb içində qaldı. Sevdiyi üçün səhər yeməyi hazırlamağa variantlar həddən çox idi. Nə düzəltməli? Ağır birşey olmamalıydı, çayla yağlı çörəkdə olmaz. Və iş başladı... sevdiyinə görə o hərşeyə hazır idi...

Deyəsən hərşey hazırdı. Zibilləri atdı,əllərini yudu və onun xoşladığı meyvə şirəsini götürdü. Otağa qayıtdı,sakit həzin bir musiqi qoydu və padnosu şkafın üstünə qoyub sevdiyini yaşavca öpdü...



Qız bunlara o qədər sevinirdi ki, bir anlıq donub qalmışdı - "bunlar mənim üçündü???"
O, yanında dayanıb gülümsəyirdi,sonra yanına oturdu. Qız onu bərk-bərk qucaqlayıb öpdü və onunçün hazırlanmış möhtəşəm səhər yeməyini yeməyə başladı. Hələ də inana bilmirdi ki,bütün bunlar onun üçündü...

Qız işə getti,o isə istirahət günü olduğu üçün evdə qaldı. İşdən qayıdanda qapıdaca donub qapıdaca donub qaldı: ev təmizlənib, hər yerdə şamlar,həzin musiqi səsi amma o yox idi. Otağa keçib divana oturdu.. və birdən o peyda oldu: əlində gül buketi...

Həmin gecə hərşey məlum oldu: Onlar bir-birini sevirdilər..!! Həmişəlik birlikdədirlər... Xoşbəxtliyi tapıblar... Sevgini tapıblar..!!! (Bütün bunlar üçün sadəcə bircə gün lazım idi..)


Tarix: 03.12.2014 / 17:56 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Sevgi şerləri
loading...