Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏL,SƏNƏ DÜNYAMI HƏDİYYƏ EDİM...

Gəl Sənə dünyamı hədiyyə edim
Çıxardım qəlbindən o dərdi,qəmi
Əllərin əlimdən heç ayrılmasın
Mən olum ömrünün yarı,həmdəmi

Gəl sənə dünyamı hədiyyə edim
Sevgi dənizində hey əsib,coşaq
Həsrəti yollara bükəndən sonra
Vüsal limanında gəzib,dolaşaq

Gəl sənə dünyamı hədiyyə edim
Çoxuna eşqimiz bir arzu olsun
Sənin gözlərində mənim gözlərim
Zülmət gecələrin ulduzu olsun.

Gəl sənə dünyamı hədiyyə edim
Ay mənim sevdalı gecəm,gündüzüm.
Yardan mehribanmı əsən küləklər
Gəl ipək saçına illəri düzüm.

Gəl sənə dünyamı hədiyyə edim
Çıxardım qəlbindən o dərdi,qəmi
Əllərin əlimdən heç ayrılmasın
Mən olum ömrünün yarı,həmdə


Tarix: 25.11.2014 / 13:42 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Sevgi şerləri
loading...