Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unutmadim...

Yoxdur səndən neçə vaxtdir nə bir xəbər, nədə bir iz,
İstəmirəm. daha gəlmə, sənsizliklə barişmişam.
Ağlayiram, kövrəlirəm, gülürəmdə bəzən sənsiz,
Unutmadim, mən sadəcə yoxluğuna alişmişam....

Bircə onu biləydim kaş, məni niyə atdin, niyə?
Mənki ömrüm boyu sənin gülməyinçün çalişmişam.
Hər keçən gün, qram-qram öyrənirəm sənsizliyə,
Unutmadim, mən sadəcə yoxluğuna alişmişam....

Bəzən olub oyanmişam yuxulardan, ağlayaraq,
Çarəsizcə, Ümidsizcə, dalğalardan soruşmuşam.
Bu sənsizlik hər keçən gün ürəyimə vursada dağ,
Unutmadim, mən sadəcə yoxluğuna alişmişam...

Müəllif : Şəhriyar İbrahimov


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 232 Bölmə: Sevgi şerləri
loading...