Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dersler Bawlasaydi Hesrete Son Qoyulardi.

Sizin qızınızla görüşürük
biz,
Gedirik gah yolla, gah
kənar izlə.
Bunu mən bilirəm, siz
bilmirsiniz,
O gəlir sizin öz icazənizlə.
Tələbə yoldaşı,rəfiqəs i
var,
İşi də çox olur,bəzən dərsi
də,
Mənəm qızınızın, necə
deyərlər ;
'Tələbə yoldaşı', 'rəfiqəsi'
də...
Mən başa düşürəm, siz
anasınız
Ürəyə sığışmır adi həyacan,
O evə dönüncə
nigaransınız
Evdə olanda da mənəm
nigaran...
Bir ömrün mənzili uzun, ya
qısa
Məhəbbət, doğmalıq- hansı
qədimdir
O, sizin adicə qızınızdısa
O, mənim yeganə
səadətimdir...
Siz də heyransınız,mən də
bu qıza
Kimin qapısında o
girməlidir?
Dünya elədir ki : biri
tapırsa,
Biri : Təbiidir ki, itirməlidir...
Duruluq rəmzidir sizin
qızınız
Gözündən oxunur qəlbi,
isməti,
Sizin bu sevdada
uduzmağınız
Sizin borcunuzdur,mən im
qismətim
Gərək darılmasın bu eşqə
həyat
Deməyin biz kimik, nəçiyik,
nəyik
Yad ikən doğmayıq,doğma
ikən yad,
Dünya qəribədir,biz
qəribəyik
Sizın adınıza hörmət,
ehtiram
Qadın qarşısında baş əyib
aləm
Mən də baş əyirəm
vidalaşıram
Qızınız gələcək mən
getməliyəm....
Neriman Hesenzade


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Sevgi şerləri
loading...