Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OĞUL, YA QIZ

Oğul ya qız, fərqi nədir?
Hər ikisi can meyvəsidir.
Ata-ananın yenidən
Bu dünyaya gəlməsidir




Ata kökdür, ana torpaq
Oğul budaq, qızsa yarpaq.
Dünya canlı xalıdır, bax,





İnsan onun ilməsidir.
Səni səndən alanı gör,
Çalış hər gün balanı gör
Bala Allah töhvəsidir.





Oğul pirdir, qızsa sirdir,
Oğul ürək, qız diləkdir.
Oğul bu dünyanın məhəbbətidir
Qız isə Allahın əmanətidir.





Əzizinəm şirindir,
Bala baldan şirindir.
Vallah heç kim deyə bilməz,
Oğul, ya qız şirindir.



Biri yurda çıraqdı,
Biri evə qonağdı.
Oğulu qızdan ayırmaq
Allahaqqı günahdi.





Göy ulduzsuz olmasın
Çörək duzsuz olmasın.
Oğulun öz yeri var
Evlər qızsız olmasın.





Oğul gəlsin ad gəlsin,
Ya qız gəlsin, dad gəlsin
Hansı gəlir gəlsin, fərqi nədi?
Təki evə övlad gəlsin.





Əzizlərim, bu şeiri eşidəndə sizlərlə bölüşmək istədim .Təəssüf ki, müəllifin kim olduğun bilmirəm. Şeirdə də deyildiyi kimi, gəlin övladlarımız arasında fərq qoymayaq. Hər ikisini eyni sevək, eyni əzizləyək. Allah hər evə körpə nəsib etsin, amin. Qoy evlərimiz körpə qığıltısından, körpə səsindən, gülüşündən əksik olmasın. Allahım bütün arzusunda olanlara övlad qismət etsin inşallah. Heç bir ailə uşaq həsrəti çəkməsin. AMİN


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi şerləri
loading...