Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ilk Mehebbetin...

Sevib, sevilənlər çox gözəl bilir,
Olmayıb vəfası ilk məhəbbətin.
İzləyir aşiqi son mənzilədək
Şirin macərası ilk məhəbbətin.

Mənim dediklərim şikayət deyil,
Ürəklər yandıran hekayət deyil.
Həqiqi aşiqə kifayət deyil.
TÜkənməz cəfası ilk məhəbbətin.

Sevgisiz gÜl-çiçək bitməz, ey könÜl,
İnsan muradına yetməz, ey könÜl.
Nədəndir bilmirəm getməz, ey konÜl,
Başımdan sevdası ilk məhəbbətin?!

Bu dərdə neyləsin loğmanın əli?
Əlimə dəyməmiş cananın əli,
DöydÜ qapımızı hicranın əli,
Budurmu mənası ilk məhəbbətin?!

Mən onu sevmişdim bir ilk baharda.
O məni tərk etdi boranda, qarda.
Hər yara sağalıb, unudular da,
Sağalmaz yarası ilk məhəbbətin!

Deyirsən: "Sevmirəm, çəkil yolumdan..."
Bəs keçən il mənə dil niyə verdin?!
İlk bahar çağında çıxıb qarşıma,
Qızara-qızara gÜl niyə verdin?!

Gəl oxu eşqimin can kitabını,
Qırma, Ürəyimin qırma, sapını.
Bir zaman ÜzÜmə açıb qapını
GÜllÜ bağçanızdan yol niyə verdin?

Dindirsəm bu yerdə indi hər kimi,
Deyəcək dərdimin sənsən hakimi.
Əgər sevmirdinsə, xatirə kimi
İpək saçlarından tel niyə verdin?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 139 Bölmə: Sevgi şerləri
loading...