Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sanmaram Daha

Mən səni bir zaman sevən könlümün
Məhbubu sanardım, sanmaram daha.
Adını müqəddəs bir duyğu kimi
Hörmətlə anardım, anmaram daha! Yalqız qaldığıma yəqin ki, şadsan
Mən daha çox şadam, əhdinə çatsan.
Hardan biləydim ki, sən mənə yadsan
Eşqinlə yanardım, yanmaram daha! Sevən sevənləri pərvanə görür,
Sevda yanğısını divanə görür,
Qəlbini qəlbimə biganə görüb
Heyrətdən donardım, donmaram daha! Necə yadlaşmışam, necə bilmirəm
Qəlbimi həmişə yandırır bu qəm.
Ömür möhlət versə bir gül dərərəm
Tikan budağına qonmaram daha!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi şerləri
loading...