Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KONLUM

Yenə nə dolmusan ne çağlayırsan.
A menim sevdalı havalı könlüm.
Yenə gizli-gizli nə ağlayırsan.
Kimdən öyrənmisən bu halı könlüm.
De hansı həsrətdən belə darıxdın.
Dönüb göz yaşına üzümə axdın. Hicrana rast gəldi bu dönük baxtın.
Sinəmdə gəzdirdin məlalı könlüm.
Mənim həm axşamım,həm səhərimsən.
Xəyal yollarında həm səfərimsən.
Mənim dağılmayan bir şəhərimsən.
Ay mənə özümdən vəfalı könlüm. Demə vida etdi ilk bahar bizə.
Ömrün payız fəsli yar olar bizə.
Darıxma tapılar havadar bizə.
Ay böyük arxalı obalı könlüm.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Sevgi şerləri
loading...