Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dönsən Yenə Sənin Dedim (

Xatirələr küləklərlə ötüşürdü
Gözlərimsə gözlərinlə öpüşürdü
Baxışırdı dayanmadan
Arzuların yatağında
Yatışırdıq oyanmadan
Sən özündə gizlədirdin mənliyimi
Sükutumu hey pozurdu
ümüdlərin qarışığı
Dərinliyimi unudurdu
İçimə atılan
hər bir dərdi qurudurdu
Vulkanın sərt bürküsü
Tək bir ilahə kürsüsü
Uğrunda milyon nəfər mübarizədə
Amma sən bu taxt-taca tək sahibə
Sənə müxalif insan çoxdu
Bunu anla
Qalibiyyət ümmanında
Vuruşursan tək canla
Getsən belə ümüdüm var
Unudularsan zamanla
Boşluğumu gizlədirdim
Gözlərimdə,
gözlərinlə dərdləşirdim
Gündüz-gecə
Xatırlarsan,bir gün sənə
Səltənəti əbədi verdim
Bir gün atıb getsən belə
Dönsən yenə sənin dedim

Həyatım film ssenarisi Allah bu filmə rejissor
Göz önümdə canlanırdı hər bir səhnə hər bir rol
Sənlə əl-ələ son rolumda içimdə qan ağlayırdı
Ayrılığın iyini duyub qaralarını bağlayırdı
Saxlayırdı özünə görə sevgimizə 40 gün yas
Deyirdi mənə öz əlinlə öz günəşinə qəbir qaz
Yaz dəftərə tənhalıqda necə əziyyət çəkdin tək
Günü gələr xatırlarsız bütün bunları gülərək
Sadə sözlər dəryasına çox mürəkkəb yolladım
Bütün gəlmiş-keçmişimi bir nöqtədə sonladım
Gizlədim mən gözlərimi yazanda əlimi saxladım
Fikirlərimi görməyim deyə heç vaxt güzgüyə baxmadım


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 31 Bölmə: Sevgi şerləri
loading...