Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sozlere Cekdim Seni..

Ürək inad etdi, qələm də yazdı
Yol aldı sətirlər gecəmdə azdı
Hər rəngin izində bir ümüd yatır
Hər sözün çaları bir aləm qatır
Vərəqlər köksünə əkdim səni
Sözlərə çəkdim səni

Dünyamın al əlvan bahar günüsən
Tikanlı ləçəkli qızıl gülüsən
Hayana baxıram səni görürəm
Sən mənim al şəfəqli, günəşimin özüsən!
Göylərin üzünə bükdüm səni
Sözlərə çəkdim səni

Dözəcəm hicranın yarasına mən
Dönmüşəm eşqimin qalasına mən
Saf sevgim məbədin, ocaq yerindi
Ələdim saçımın qarasına mən
Tellərə dən kimi tökdüm səni
Sözlərə çəkdim səni


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Sevgi şerləri
loading...