Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kecib Getme...

KEÇİB GETMƏ...

Başım üstun refiqelerim kessin,
yarin geldi soylemeye telessin .
Dodağında kinayəli təbəssüm,
yolumuzdan keçib getmə,beləcə!...

Əlac yoxsa sinəmdəki ağrıma,
ümidimi tikə-tikə doğrama...
Dağ basaraq bu yaralı bağrıma,
yolumuzdan keçib getmə,beləcə!...

Sevən olmaz bir belə də amansız,
sənsiz keçmir bircə günüm dumansız...
Geyinərək gündə bir cür,a qansız,
yolumuzdan keçib getmə,beləcə!...

G....nin uzune bax sen yenə,
gözlərinə məhəbbətlə gül yenə...
Qapımızdan gir içəri,gəl yenə,
yolumuzdan keçib getmə,beləcə!...

Usaqliq illerimin xatiresine...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 65 Bölmə: Sevgi şerləri
loading...