Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağla Gözlərimi

Bağla gözlərimi, deyim dərdimi.

Qaranlıq içində açılar dilim.
Bağla gözlərimi, burax əlimi,
Axan göz yaşımı üzümdən silim.

Bağla gözlərimi, görməyim səni.
Bütün qəmlərimin günahkarı sən.
Riyakar baxışın bezdirib məni
Yalançı vədlərdən usanmışam mən.

Bağla gözlərimi, qəlbimi açım.
Mənim bu dərdimə sən də gəl ağla,
Mənasız sözlərdən hara mən qaçım?
Bağla gözlərimi, əbədi bağla.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi şerləri
loading...