Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuma Gir Bu Gecə Danışaq,gülüm

Bu gecə sənə çox ehdiyacım var
Yuxuma gir bu gecə danışaq gülüm
Dərdimə əzizim bir əlacım var
Yuxuma gir bu gecə danışaq gülüm

Yuxuma gir həyatım sevəninəm mən
Sənin dərdindən öləninəm mən
Sən səslə hər zaman gələninəm mən
Yuxuma gir bu gecə danışaq gülüm

Cavab ver hayıma ey kəm qismətim
Qəlbimə dağ çəkən ilk məhəbbətim
Heç olmasa yuxuda gülüm mən yetim
Yuxuma gir bu gecə danışaq gülüm

Hardasan mələyim söylə sən harda
Məni bu gecə qoymusan darda
Qoyma vaxtsız solum bu son baharda
Yuxuma gir bu gecə danışaq gülüm

Nə olar mənimlə barış bu gecə
Məni sevindirməyə çalış bu gecə
Bircə yol şirin şirin danış bu gecə
Yuxuma gir bu gecə danışaq gülüm

Həkim möhlət qoyub öləcəm sabah
Sevənə zülm etmək günahdır günah
Mənim sözlərimi eşit sən Allah
Yuxuma gir bu gecə danışaq gülüm


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Sevgi şerləri
loading...