Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

De Nə Vaxt Gəlirsən Mənim Ömrümə...?

Əridi gözümün qarası qəmdən,
De nə vaxt gəlirsən mənim ömrümə...?
Düşünür ürəyim,düşünür hər dəm
De nə vaxt gəlirsən mənim ömrümə... ?

Qayıtsan zülümdən ala bilərsən
Ya sonsuz ayrılıq sala bilərsən...
Gecikib uzaqda qala bilərsən,
De nə vaxt gəlirsən mənim ömrümə...?

Divanə qəlbimdə ümidlər olmur...
Hər gecə alışır atəşi sönmür.
Niyə bu arzular həyata dönmür?
De nə vaxt gəlirsən mənim ömrümə...?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 38 Bölmə: Sevgi şerləri
loading...