Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Salam Vermeye Dilin Gelmedi!

Bu sənidin keçdin , getdin yanımdan
Elə bil ki, can ayrıldı canımdan
Bir körpə tutmuşdu sənin qolundan
Bir salam verməyə dilin gəlmədi
Yoxsa qəlbin dedi dilin dinmədi. Bu sən idin
gəncliyimin hakimi
Ölmüş qəlbin əbədilik sakini
Ürəyində saxlamışdın sən kini
Bir salam verməyə dilin gəlmədi
Yoxsa qəlbin dedi dilin dinmədi. Kədər tökülürdü
o an üzündən
Bir anlıq xoş günlər keçdi gözündən
Anladım, küsmüşdün özün-özündən
Bir salam verməyə dilin gəlmədi
Yoxsa qəlbin dedi dilin dinmədi. Xəyallar qurardıq
sənlə bir zaman
Indi sən anasan, var körpə balan
Ölmüş xəyallardır Azere qalan
Bir salam verməyə dilin gəlmədi
Yoxsa qəlbin dedi dilin dinmədi.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 72 Bölmə: Sevgi şerləri
loading...