Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Gun Qefil Olsem Bagiwla Meni...

Al götür sevgimi qoynunda bəslə,
Yalnız hərarətli isti nəfəslə,
Həzn ağlayarsan,sən həzin səslə,
Göz yaşın agladar dostu düşməni,
Bir gün qəfil ölsəm,bağışla məni.

Hər həyat məktəbi keçdim bir zaman.
Daxilən qocayam,zahirən cavan,
Sən bir şəhzadəsən,mən kasıb oğlan((
BU nağıl başlayıb qurtardi yəni??
Bir gün qəfil ölsəm bağışla məni.

Güldürmə sən məni öləcəm deyə,
Səninlə sevinc böləcəm deyə,
Ağlama sevgilim,öləcəm deyə,
Məzardı hərkəsin o son məskəni,
Bİr gün qəfil ölsəm bagışla məni.

Mənə duyğularım özümdən əziz,
Kədər baş tacıdı sevincim kəniz,
Qəlbimiz sahildi ömrümüz dəniz,
Sevgiylə bəslədik o,ağ yelkəni
Bir gün qəfil ölsəm bağışla məni.

Nələr apardılar sevgi bağimdan,
Özümü düydülər öz budağımnan,
Hey fikir eylədim uşaq çağımnan,
Özem saldım ,öz saçıma ağ dəni,
Bir gün qəfil ölsəm,bağışla məni.

Sən məni axtarsan ünvanım həsrət,
Neynirəm loğmanı,dərmanım həsrət,
Bir yanım kədərdir,bir yanım həsrət,
BAYACA mən kimə tapşırım səni??((
Bir gün qəfil ölsəm bağışla məni...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Sevgi şerləri
loading...