Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yazdi:(�): RoskoV Xeber: FASHION))) Yazdi:(�): Ro

Bir yazı yazacağam sənə
İçində gecə olacaq
Yalnızlıq..
Bir də sən olacaqsan!

Gecə təkliyə bulaşmış olacaq
Yalnızlıq ulduzlu qaranlıqlarda
Sən o qaranlıqlarda bir ulduz olacaqsan.

Bir yazı yazacağam sənə
İçində ulduzlara bulaşmış
Yalnız gecədə sən parlayacaqsan.

Bir yazı yazacağam sənə
İçində kölgə olacaq
Gerçək olacaq
Və sən olacaqsan...

Kölgələr həyatın özü
Gerçək; könül rəngində dağ
Sən, mənim o dağa çatmadan
Əldə etdiyim ən gözəl təsadüf olacaqsan!

Bir yazı yazacağam sənə
İçində kölgələr qədər gerçək
Həyatımın ən gözəl təsadüfü
Sən olacaqsan!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 32 Bölmə: Sevgi şerləri
loading...