Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kawki Uwaq Olardim....

Kaş ki uşaq olardım.......
Sevgi, məhəbbət nədi, kaş başa düşməyərdim!
Hicranla, həsrət ilə kaş ki görüşməyərdim!
Dərddən, qəmdən, kədərdən, kaş ki uzaq olardım!

Kaş ki uşaq olardım!...
Dərdim olardı mənim bir tək oyuncaq dərdi!
"Necə şirinsen?!" deyə hamı məni sevərdi!
Dolanardı başıma əzizlər pərvanətək!
Nazlayardılar məni, şənlənərək, gülərək!

Kaş ki uşaq olardım!...
Kaş ki uşaq olardım, şaxta baba gələrdi,!
Dostlar da yığışardı, şeir, nağıl deyərdi!
Yaxşı şeir deyənə hədiyyələr verərdi!
Bu anlar xatirimdə qoyub şirin izləri,
Hələ qulağımdadır babanın bu sözləri:
Qarlı dağlar aşaraq, çox ellər dolaşaraq,
Daglardan dusdum yere geldim sizi gormeye

Kaş ki uşaq olardım!...
Kaş ki inanardım ki, nağıllar olur gerçək!
"Görəsən div, xortdan var, görən məni yeyəcək?"
-Qorxaraq düşünərdim, ah, necə bəxtəvərdim!

Kaş ki uşaq olardım


Kaş ki uşaq olardım!...
Kaş ki yenə olardı, o qorxulu nağıllar!
Həyat nağıldan betər! Nə qədər Div, Xortdan var?!
Nə cırtdan var həyatda, nə də Tıq-tıq xanım var!
İndi hara baxırsan, tülkü, çaqqal, canavar!
Bürüyübdür hər yanı! Qorxudurlar insanı!
Kaş heç böyüməyərdim! Bunları görməyərdim!
Bu qorxulu həyatı, şirin nağıl sanardım!
Kaş ki uşaq olardım!...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 155 Bölmə: Sevgi şerləri
loading...