Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meni

Məni.

Gedişin bir dərddir,gəlişin bir dərd,
Göz yaşın bir dərddir,gülüşün bir dərd.
Getmişdin nə üçün qayıtdın ey dərd?,
Sönmüşdüm yandırdın təzədən məni.

Mən səndən qaçırkən qaçdım özümdən,
Başıma min bəla açdım özümdən.
İndidə qorxuram özüm özümdən,
Özümə qandırdın təzədən məni.

Nə sənə eşqimdən dil tökə bildim,
Nədəki don geyib qəlb sökə bildim.
Nədə bu sevgidən əl çəkə bildim,
Donmuşdum,dondurdun təzədən məni.

Verdiyin əzablar ürəyə sığmır,
Ömrün bu yer boyda kürəyə sığmır.
Qəmin bir seldi ki, dərəyə sığmır,
Boğmuşdun,boğdurdun təzədən məni.

Qıymaram olasan mənim günümdə,
Mənki bogularam qəmin gölündə.
Şahin vüqarımla sənin önündə,
Sınmışdım,sındırdın təzədən məni...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Sevgi şerləri
loading...