Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen Ele Bilmeki

Sen elə bilmə ki,

Bu gün ayrılırıq sevə-sevə biz,
Yolumuz ayrılır suçsuz-səbəbsiz.
Söylə yaşayarmı sevən-sevənsiz?
Bu nə ilk olacaq,nə son olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Həyat çox sıxacaq səni özündə,
Dünya qaralacaq mənsiz gözündə,
Günahı görəndə özün özündə,
Sanma qəlbin buna susan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Gərəksiz bir ömrə tuş olacaqsan,
Lazımsız bir qara daş olacaqsan.
Qəlbləri üşüdən qış olacaqsan,
Çətin qucağında qızan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Yoxluğun evimi yıxacaq mənim,
Həsrətin sonuma çıxacaq mənim.
Ömürlük yandırıb yaxacaq məni,
Əzabın odlara atan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.

Bir gün gələcəyik üz-üzə sənlə,
Durub baxacağıq göz-gözə sənlə,
Ürəyin çırpınıb dizin əsəndə,
Göz yaşın süzülüb,leysan olacaq,
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri
loading...